3D Secure
Aktiv internet istifadəçiləri çox vaxt qlobal şəbəkədə kartla ödəniş etməli olurlar. Bu zaman adətən etirablılığı sual altında olan saytlarda məxfi məlumatı qeyd etmək lazım gəlir. Beləliklə, dələduzluq qurbanı olma riski yaranır. Kartın itirilməsi və ya oğurlanması zamanı bu risk daha da artır. Kartdan internetdə istifadə etmək cinayətkar üçün problem yaratmır – bütün lazım olan məlumatlar kartın üzərində qeyd edilimişdir.
Bank Respublikanın Mastercard və Visa International kart sahibləri İnternet vasitəsilə həyata keçirdikləri əməliyyatları təhlükəsizləşdirə və itki riskini xeyli azalda bilər. Bu internet-ödənişlərin təhlükəsizliyinin təmin edilməsində "3D Secure" adlı ən müasir texnologiyanın köməyilə mümkündür.
Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan cihazda Mobil Şöbə tətbiqinə daxil olmaqla təsdiq edilməsi və ya kartın üzərində qeyd edilməyən və SMS ilə daxil olan xüsusi “3D” birdəfəlik şifrə vasitəsilə aparılmasıdır.
3D Secure Push vasitəsilə əməliyyatın təsdiqi:
Online kart ödənişlərini mobil cihazınızda təsdiq etmək üçün AppStore və ya GooglePlay-dən Mobil Şöbə tətbiqini yükləməyiniz kifayətdir. Ödənişin təsdiqi üçün mobil cihazınıza daxil olan Push bildirişə keçdikdə aparılan əməliyyatın məlumatlarını görərək ondan imtina və ya təsdiq etmək mümkündür. Bu, əməliyyatın dələduzlar tərəfindən deyil, qanuni kart sahibi tərəfindən icazə verilməsini təmin edir.
Vacib: Əməliyyatın tamamlanması üçün ödənişi təsdiq etdikdən sonra ödəniş səhifəsinə geri qayıtmaq lazımdır.
SMS ilə daxil olan 3D birdəfəlik şifrə (OTP)
Ödəniş edən zaman əməliyyatın təhlükəsiz qaydada təsdiqi üçün 3D Secure Push ilə yanaşı “3D Secure Authentification” səhifəsində autentifikasiya metodu kimi birdəfəlik SMS şifrəni seçmək mümkündür. Bu zaman müştərinin mobil nömrəsinə daxil olan birdəfəlik şifrənin təsdiqindən sonra ödəniş uğurla sona çatacaq.
3D Secure xidmətinə qoşulma pulsuzdur və kart sahibləri bu xidmətdən istifadəyə görə heç bir ödəniş etmirlər.







