Apple Pay ilə iPhone, Apple Watch, iPad və Mac-da Bank Respublika kartınızın bütün imkanlarından faydalanın. Apple Pay istifadədə rahatdır və gündəlik istifadə etdiyiniz cihazlarda işləyir. Kart məlumatlarınız cihazınızda saxlanmadığından və ya ödəniş zamanı paylaşılmadığından təhlükəsizlikdədir. Mağazalarda, tətbiqlərdə və onlayn şəkildə ödənişlər heç vaxt bu qədər asan, təhlükəsiz və məxfi olmayıb.

Alış etdiyiniz zaman Apple Pay cihaza özəl nömrə və unikal tranzaksiya kodundan istifadə edir. Kartınızın tam nömrəsi heç vaxt cihazınızda və ya Apple serverlərində saxlanmır və satıcılara ötürülmür. Bütün alışların məxfiliyini qorumaq üçün Apple Pay sizə aid ola biləcək tranzaksiya məlumatlarını saxlamır.

Apple Pay iPhone, Apple Watch, iPad və Mac cihazları ilə mağazalarda, tətbiqlərdə və onlayn şəkildə ödəniş etməyin daha asan və daha təhlükəsiz yoludur. Siz gündəlik işlətdiyiniz cihazlarla bir neçə saniyədə ödəniş edə bilərsiniz. Həmçinin Apple Pay onlayn və tətbiqdaxili ödənişlər üçün də daha etibarlı və sürətlidir, çünki artıq hesab yaratmağa və uzun-uzadı anket doldurmağa ehtiyac qalmır.

Apple Pay ilə uyğunluq təşkil edən cihazların siyahısı:  http://www.apple.com/apple-pay/