E-PIN xidməti Bank Respublika-da ödəniş kartı sifariş edərkən, bu karta istədiyiniz PİN kodun bankın ATM şəbəkəsi vasitəsilə təyin edilməsi imkanını yaradan xidmətdir. Bu xidmət tam təhlükəsiz qaydada həyata keçirilir və pulsuzdur. PİN kodun kart sahibi tərəfindən təyin edilməsi gələcəkdə onun unudulması hallarının baş vermə ehtimalını azaldır. Əlavə olaraq, ATM ilə təyin olunan PİN kod dərhal digər əməliyyatların həyata keçirilməsi üçün aktivləşir. Bank tərəfindən kart çap edildikdən sonra kart sahibinə SMS vasitəsilə birdəfəlik PİN kod göndərilir. Birdəfəlik PİN kodu ATM-də daxil etməklə müştəri istədiyi yeni PİN kodu təyin edə bilər. Daha ətraflı https://bit.ly/37jH34L .







