Cash by Code əməliyyatını Mobil Şöbə və ATM vasitəsi ilə icra etmək mümkündür.

Pul göndərmək üçün bankomatın menyusundan «Cash by Code» ­– «Pul göndər» xidməti seçilməlidir. Sonra Siz pul göndərmək istədiyiniz şəxsin mobil nömrəsini və köçürmənin məbləğini daxil edirsiniz. Bankomat 2 hissəli xüsusi kod hazırlayır - birinci hissə Sizin üçün çap edilir, ikinci hissə isə pulu alana SMS vasitəsilə göndərilir. Sizdən kodun 1-ci hissəsini öyrəndikdən və SMS-lə 2-ci hissəni aldıqdan sonra alıcı sadəcə olaraq bankomat üzərində yuxarı sağ düyməni sıxır, əldə olunmuş kodu daxil edir və ona göndərilən məbləği alır. Kod 24 saat müddətində qüvvədədir. Bu əməliyyatı keçirmək üçün vəsaiti alana kart tələb olunmur. Hətta bu əməliyyatı Bank Respublika bankomatlarında həyata keçirmək mümkündür.

Mobil Şöbə tətbiqi vasitəsilə Cash by Code əməliyyatını həyata keçirmək üçün; - Əsas menyudan “Köçürmələr” bölməsinə daxil olunur . “Nağdlaşdırma” seçimi olunur və əməliyyat təsdiqlənir. Nağdlaşdırma şərtləri: Minimum məbləğ: 10 AZN. Maksimum məbləğ: 1000 AZN. Əməliyyat yalnız AZN valyutasında həyata keçirilir (kartın valyutasından asılı olmayaraq). 24 saat ərzində “cash by code” əməliyyatı icra edilməzsə, məbləğ komissiya ilə birlikdə növbəti 2 iş günü ərzində karta geri qaytarılır . Əməliyyatın icra olunduğu gün ərzində məbləği geri qaytarmaq mümkündür. Bunun üçün: “Mobil Şöbə Əməliyyatlar” bölməsinə daxil olmaq. Müvafiq əməliyyatı seçib “Geri qaytar” düyməsinə klikləyərək vəsaiti geri qaytarmaq mümkündür.