Sadə və sürətli onlayn ödəniş
Click to Pay — EMV® Secure Remote Commerce texnologiyasına əsaslanan beynəlxalq təhlükəsiz internet ödəniş standartıdır. Bu xidmət onlayn alış-veriş zamanı kart məlumatlarını (kartın nömrəsi, bitmə tarixi və CVV kodu) hər dəfə yenidən daxil etmədən, cəmi bir neçə toxunuşla ödəniş etməyə imkan verir.
Xidmət necə işləyir?
- Vahid Profil: Kartlarınız sizin mobil nömrənizə bağlanaraq vahid rəqəmsal profil yaradılır. Bu, müxtəlif cihazlardan eyni rahatlıqla istifadəni təmin edir.
- Sadə Seçim: İnternet mağazada ödəniş səhifəsinə keçdikdə Click to Pay loqosunu seçirsiniz.
- Təhlükəsiz Təsdiqləmə: Əməliyyat müvafiq autentifikasiya üsulu ilə təsdiqlənir (məsələn, 3D Secure və ya biometrik identifikasiya)
Üstünlüklər:
- Sürət və rahatlıq: Uzun kart rəqəmlərini daxil etmədən sürətli ödəniş imkanı.
- Maksimum təhlükəsizlik: Ödəniş zamanı real kart məlumatları əvəzinə şifrələnmiş rəqəmsal kod (token) ötürülür. Bu, məlumatlarınızın mağaza tərəfində saxlanılmasının və oğurlanmasının qarşısını alır.
- Qlobal istifadə: Dünyanın milyonlarla onlayn mağazasında keçərlidir
- Müxtəlif cihazlar: Smartfon, planşet və ya noutbuk – hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq profiliniz hər yerdə əlçatandır.
Qoşulma və istifadə şərtləri
- Xidmət Bank tərəfindən kart sahibləri üçün müştərinin razılığı əsasında aktivləşdirilir. Aktivasiya zamanı müvafiq kart məlumatları profilin yaradılması üçün təhlükəsiz şəkildə beynəlxalq ödəniş sistemlərinə ötürülür.
- Click to Pay xidmətindən istifadə müştərilər üçün tamamilə pulsuzdur.
- Bankın istənilən filialına müraciət etməklə xidməti deaktiv etmək mümkündür.
Məsuliyyət
- Bank Click to Pay xidmətini mövcud texniki imkanları çərçivəsində təqdim edir və üçüncü tərəf internet mağazalarının fəaliyyəti, təqdim etdiyi malların və ya xidmətlərin keyfiyyətinə görə məsuliyyət daşımır.
- Müştəri tərəfindən müvafiq autentifikasiya üsulu ilə təsdiqlənmiş əməliyyatlar müştərinin birbaşa sərəncamı və razılığı ilə həyata keçirilmiş hesab olunur. Müştəri giriş məlumatlarını və təsdiq kodlarını məxfi saxlamağa borcludur.







