Google Pay servisi Android əməliyyat sistemində çalışan cihazlar vasitəsilə təhlükəsiz şəkildə təmassız (NFC) və İnternet əməliyyatları həyata keçirməyə imkan verən servisdir. 

Smartfonla ödəniş etmək üçün telefonun kilidini açıb POS-terminala yaxınlaşdırmaq kifayət edir.

Kartınızı bu servisə necə əlavə etmək olar?

Mobil Şöbə əlavəsi ilə:

  • Mobil Şöbə tətbiqində “Kartlar” bölməsini açıb istənilən kartın altında “Google Pay-a Əlavə” et üzərinə klikləyin
  • Əlavə etmək istədiyiniz bir kartı seçin
  • Daha sonra müştərinin Google account məlumatları yoxlanılır.
  • İstifadə şərtləri təsdiq olunduqdan sonra kart servis üzərindən ödəniş əməliyyatlarının aparılması üçün aktivləşdirilir.

  1. Google Wallet əlavəsi ilə:
  2.  
  • Android 5.0 və ya daha yüksək versiyalı cihazınızda əvvəlcədən quraşdırılmayıbsa, Google Wallet tətbiqini Google Store-dan yükləyin.
  • Kart məlumatlarınızı daxil edin.
  • Kart nömrəsini manual qaydada əlavə edin. Kartınız artıq Google Hesabınızla əlaqələndirilibsə, ödəniş məlumatlarınızı təsdiqləmək yetərlidir.
  • Təsdiq kodunu daxil edin.
  • SMS-lə aldığınız təsdiq kodunu daxil edib "Hazırdır" düyməsini basın. Kart əlavə olundu!

İndi alış-veriş üçün saniyələr ərzində ödəniş edə bilərsiniz. Təsdiq kodunu aldıqda xəta baş verərsə, SMS-məlumatlandırma xidmətini aktivləşdirmək üçün Bankın istənilən filialına müraciət edin.

Bank Respublikanın istənilən kartını Google Pay servisinə əlavə etdikdən sonra 100 manat qədər alış-verişi PİN kodu daxil etmədən ödəyin.

Google Pay üzərindən ödənişlər.

Mağazalarda: Android telefonunuzla Google Pay-dən istifadə olunan hər bir yerdə kontaktsız ödənişlər edə bilərsiniz.  Bunun üçün cihazın arxa hissəsini terminala yaxınlaşdırıb ödənişin təsdiqini gözləyin. Google Pay tətbiqini açmağa ehtiyac yoxdur.

Tətbiqlərdə və vebsaytlarda: Kartınızı əlavə etmisinizsə, hər alışda kart məlumatlarınızı daxil etməyinizə ehtiyac yoxdur. Sadəcə ödəniş üsulu kimi Google Pay-i seçin və alışınızı təsdiqləyin!