Əməliyyat riskləri
bu risklərin minimallaşdırılması üçün Bankda cinayət yolu, şübhəli əməliyyatlar vasitəsi ilə əldə edilmiş çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı bank bir sıra tədbirlər həyata keçirir. Bankda Know Your Customer (Müştərini tanı) tələblərinə cavab verən müştəri qəbulu siyasəti mövcuddur və bu siyasət vasitəsi ilə bank özü üçün qəbul etdiyi orta risk səviyyəsindən yuxarı müştərilərinin qiymətləndirilməsini aparır. Çirkli pulların yuyulmasının qarşısının alınması, həmçinin şübhəli əməliyyatların araşdırılması məsələləri Risk Bloku tərəfindən aparılır. Bu vəzifəni yerinə yetirmək üçün məsul şəxs (Anti Money Laundering Officer) təyin edilmişdir. Məsul şəxs bütün departament və filiallar tərəfindən öz cari işlərində daxili nəzarət prosedur və qaydalarına çirkli pulların yuyulmasının qarşısının alınması kontekstində riayət edilməsinə nəzarət edir.






