Kredit riskləri

Kredit risklərinin minimallaşdırılması məqsədi ilə Bankın müxtəlif struktur bölmələrinin birgə fəaliyyəti təmin edilmişdir. Bankın strategiyasına uyğun olaraq  kredit siyasətinin şaxələndirilməsi istiqamətində Aqro-Mikro kreditlər departamenti yaradılmışdır. Eyni zamanda, nəzarət mexanizminin səmərəliyinin artırılması məqsədilə Daxili nəzarət departamenti fəaliyyətə başlamışdır. Sözügüdən struktur bölmələrin birgə fəaliyyəti nəticəsində kredit sahəsində Risklərin idarəedilməsi baxımından iş kreditin verilməsindən əvvəlki (kontragent risklərinin təhlili) və sonrakı (kredit portfelinə nəzarət) təhlil əsasında iki mərhələdə qurulmuşdur. Hazırda, Risklərin idarə edilməsi departamenti (RİD) tərəfindən Mərkəzi Bankın tələblərinə uyğun olaraq gündəlik əsasda ehtiyatlara ayrımaların hesablanması aparılır. Eyni zamanda, Beynəxalq Mühasibatlıq Uçotu Standartları (İFRS 9) üzrə ehtiyatlanmanın hesablanması prosesinin qurulması istiqamətində işlər davam etdirilir.

Kredit risklərinin azaldılması və minimallaşdırılması istiqamətində aşağıdakı metodlardan istifadə edir:

  • Kreditləşmə prosesininin müəyyən amillər (sahə, müddət, kreditlər üzrə qərarqəbuletmə səlahiyyətləri, filial limitləri və s.) üzrə limitləşdirilməsi;
  • Kredit portfelinin diversifikasiyası;
  • Kredit portfelin təhlili;
  • Kredit risklərinin məqbul hədləri yeni məhsulun tətbiqindən öncə qiymətləndirilir;
  • Daxili reytinq və skorinq sistemlərinin tətbiqi;
  • Stress testlərin tətbiqi;
  • Ssenari təhlillər;
  • Vintaj təhlil;
  • Keçid matrisi (Transition matrix).