LoungeKey proqramı beynəlxalq hava limanlarında xüsusi gözləmə otaqlarına giriş imkanı verən qlobal proqramdır. Bu proqramın ziyarət etmək üçün dünya miqyasında 1100-dən artıq zalı mövcuddur. Proqramın xüsusi saytı (bu saytdan qeydiyyatdan keçərək mobil tətbiqi yükləyə və istənilən gözləmə otağnıı tapmaq olar): https://www.loungekey.com/corepremium

Mobil tətbiqi yükləmək üçün müştəri öncə sayta daxil olub qeydiyyatdan keçməlidir, lakin servisdən istifadə etmək üçün bunun həyata keçirilməsi vacib deyil.

Biznes-zala daxil olduqda müştərilər zal əməkdaşlarına LoungeKey proqramından istifadə etmək istəklərini bildirməlidirlər və əməkdaşlar tərəfindən istənildikdə sahib olduqları Mastercard World Elite və Mastercard World Black Edition kartlarını yoxlama üçün göstərməlidirlər. Zallar üzrə təqdim olunan xidmətlər, zallarda qalma müddəti və s. proseslər hər bir zalın daxili qaydaları ilə tənzimlənir.
Zala birdəfəlik giriş üzrə bir nəfər üçün xidmət haqqı hal-hazırda 30 USD təşkil edir. (xidmət haqqı birtərəfli şəkildə LoungeKey tərəfindən dəyişdirilə bilər)

Artıq zalların xidmətindən istifadə etmək üçün Priority Pass kartlarının əlavə olaraq daşınmasına ehtiyac qalmayacaq.

Bundan əlavə nəzərə almaq lazımdır ki, bu məhsullar üçün Priority Pass proqramı 01.04.2021-ci il tarixinə qədər aktiv olacaqdır. Göstərilən tarixdən sonra yalnız LoungeKey xidmətindən istifadə mümkün olacaqdır.