Tətbiq üzərindən tam təhlükəsiz qaydada həm fiziki bank kartı ilə, həmçinin, Apple və Google Pay ilə müxtəlif növ təmassız  ödənişləri qəbul etmək mümkün olacaq. Qeyd edək ki, ölkədə nağdsız ödənişlərin inkişafını təşviq edəcək bu yeni xidməti Bank, Visa ödəniş sisteminin dəstəyi ilə müştərilərinə təqdim edir.

Mobil POS xidməti əsasən kiçik və mikro biznes, kuryer, taksi, yükdaşıma xidmətləri göstərən və digər, fiziki POS-terminal quraşdırılması rahat və sərfəli olmayan sahələr üçün nəzərdə tutulub.

Əlavə olaraq, Mobil POS xidmətindən istifadə edən Sahibkar və Hüquqi şəxslər, Partnyor Web Portalı üzərindən əməliyyatları onlayn qaydada izləyə, istifadəçilər və qoşulu cihazları rahatlıqla tənzimləyə biləcəklər.

Mobil POS xidmətinin əsas üstünlükləri:

  • Qoşulma və tətbiqdən istifadə tamamilə pulsuzdur
  • Dövriyyə üzrə ödənilən komisyon haqqı ənənəvi POSterminal xidməti ilə eynidir
  • Elektron çekin SMS və email ilə alıcıya göndərilməsi və ya QRkod ilə oxunması imkanı
  • Partnyor Web Portalı üzərindən əməliyyatların online izlənməsi və statistik məlumatın əldə edilməsi imkanı
  • Tam təhlükəsizdir – tətbiq, Ödəniş Sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verir

Əlavə olaraq, ilk 3 ay ərzində Mobil POS xidmətinə qoşulan vergi ödəyiciləri Visa Business Plus kartını tamamilə pulsuz əldə edə biləcəklər (ətraflı məlumat)

Müraciət

Hüquqi şəxs və Fərdi sahibkarın Mobil POS xidmətinə məsafədən qoşulması onlayn qaydada yeni hesabın açılması halında mümkündür.

 Mobil POS xidmətinə online qoşulma (Hüquqi şəxslər üçün) Mobil POS xidmətinə online qoşulma (Fərdi sahibkarlar üçün)

Bank Respublika-da mövcud sahibkar hesabına Mobil POS xidmətini sifariş etmək üçün bu linkdə məlumatları daxil edərək sorğunu Banka göndərmək kifayətdir.

Həmçinin xidmətə qoşulmaq üçün müştərilər Bankın istənilən filialına müraciət edə bilərlər.