E-PIN xidməti Bank Respublika-da ödəniş kartı sifariş edərkən, bu karta istədiyiniz PİN kodun bankın WEB səhifəsi vasitəsilə təyin edilməsi imkanını yaradan xidmətdir. Bu xidmət tam təhlükəsiz qaydada həyata keçirilir və pulsuzdur. PİN kodun kart sahibi tərəfindən təyin edilməsi gələcəkdə onun unudulması hallarının baş vermə ehtimalını azaldır. Müştəri, WEB ilə təyin olunan PİN kodu POS-terminal əməliyyatlarında istifadə etmək üçün ilk öncə həmin PİN kodu ATM vasitəsilə aktiv etməlidir. Bunun üçün istənilən ATM-də hər hansı əməliyyatın aparılması (balans yoxlamaq və ya nağdlaşdırmaq) kifayyətdir. Yeni sifariş edilmiş kart üzrə PİN kod təyin etmək üçün https://reg.azericard.com/pin_rsp/ səhifəsinə keçərək burada kartın məlumatlarını daxil etmək lazımdır. Məlumat daxil edildikdən sonra kart sahibinə SMS vasitəsilə şifrə göndərilir. Daha sonra müştəri bu şifrədəki ulduzların yerinə istədiyi PİN kodu yazmaqla əməliyyatı tamamlayır.

Daha ətraflı