Ekoloji və sosial risklər

Ekoloji və sosial riskləri azaltmaq üçün Bank tərəfindən maliyyələşdirilən hər bir layihə ətraf mühitin və cəmiyyətin maraqlarını daim nəzərə alaraq hazırlanır və həyata keçirilir. Bank  kredit və investisiya fəaliyyətində təbii, sosial və mədəni mühitin qorunmasına daima önəm verir və öz müştərilərinə sağlam inkişaf mühitini yaratmaq və saxlamaq, eyni zamanda təbii mühitin qorunub saxlanması və mühüm sosial prinsiplərə riayət etməyi təşviq etmişdir. Bankın müştərisi olan və Bankın maliyyə resurslarından istifadə edən hər bir müəssisə ətraf mühitin qorunması, təbii sərvətlərin təhlükəsiz istifadəsi və sosial bərabərliyi qorunmasını gələcək sabitlik üçün vacib şərt kimi qəbul edir.