Bu xidmət vasitəsilə standart əməliyyatlardan başqa Cash-in bankomatları Bank Respublikanın plastik kart sahiblərinə manat və ABŞ dollarında olan kart hesablarına nağd pul vəsaitlərilə artırmaq imkanı verir. Pulların qəbulu online rejimində həyata keçirilir, bankomata əlavə olunan vəsaiti dərhal istifadə etmək mümkündür.
Azericard şəbəkəsində kart hesabının valyutasından fərqli valyutada Cash in əməliyyatı aparıldıqda Bank Respublika ASC-nin əməliyyat gününə təyin etdiyi məzənnə ilə konvertasiya həyata keçirilir. Əməliyyat sona yetirildikdən sonra məbləğ müştərinin kartında aktivləşdirilir, Əməliyyat 14.00-dək aparıldıqda, silinmə eyni məzənnə ilə həyata keçirilir. Əməliyyat 14.00-dan sonra aparıldığı təqdirdə məbləğ növbəti iş gününə təyin edilmiş məzənnəyə əsasən silinir.







