MASTERCARD BLACK EDITION - premium kartlar növünə aiddir və MasterCard ödəniş sisteminin məhsulları sırasında prestijinə görə “MasterCard Platinum” və “MasterCard World Elite” kartarına bərabər tutulur.
MasterCard Black Edition kartı səyahət etməyi sevən, komfort və ən yüksək səviyyədə xidmətə üstünlük verənlər üçün yaradılıb. Black Edition kateqoriyalı bank kartları özünəməxsus dizayn və eksklüziv güzəştlərin vəhdətidir. Əminliklə söyləmək olar ki, bu kartın imkanları kart sahibinin bütün gözləntilərini üstələyəcək.
Mastercard Chatbot Concierge
Bu xidmət yüksək səviyyəli konsyerj servisi göstərilməsini təmin edir, bu sizə geniş spektr xidmətini seçməsində köməklik göstərəcək: restoranların rezervasiyası, anşlaqlı tədbirlər üçün bilet sifarişi, güllərin çatdırılması, hədiyyə seçimi və daha çoxu. Yüksək ixtisaslı mütəxəssislər daimi 24/7 çalışır.
Vacib üstünlük: Sizə zəng etmək və ya yeni bir program yükləmək lazım deyil. Bizimlə Viber, Facebook Messenger və ya Telegram ilə ünsiyyət qurun.
Daha ətraflı: Telegram chatbot - Mastercard Assistance / WhatsApp chatbot – Mastercard Azerbaijan: +994 10 312 50 66
LoungeKey proqramı
LoungeKey proqramı beynəlxalq hava limanlarında xüsusi gözləmə otaqlarına giriş imkanı verən qlobal proqramdır. Bu proqramın ziyarət etmək üçün dünya miqyasında 1100-dən artıq zalı mövcuddur. Proqramın xüsusi saytı (bu saytdan qeydiyyatdan keçərək mobil tətbiqi yükləyə və istənilən gözləmə otağnıı tapmaq olar): https://www.loungekey.com/corepremium
Mobil tətbiqi yükləmək üçün müştəri öncə sayta daxil olub qeydiyyatdan keçməlidir, lakin servisdən istifadə etmək üçün bunun həyata keçirilməsi vacib deyil.
Biznes-zala daxil olduqda müştərilər zal əməkdaşlarına LoungeKey proqramından istifadə etmək istəklərini bildirməlidirlər və əməkdaşlar tərəfindən istənildikdə sahib olduqları Mastercard World Elite və Mastercard World Black Edition kartlarını yoxlama üçün göstərməlidirlər. Zallar üzrə təqdim olunan xidmətlər, zallarda qalma müddəti və s. proseslər hər bir zalın daxili qaydaları ilə tənzimlənir.
Zala birdəfəlik giriş üzrə bir nəfər üçün xidmət haqqı hal-hazırda 32 USD təşkil edir. (xidmət haqqı birtərəfli şəkildə LoungeKey tərəfindən dəyişdirilə bilər)
| Kartın növü | MasterCard World Black Edition |
| Kartın müddəti və xidmət haqqı |
1 / 2 / 3 il - 90 / 180/ 250 AZN - (ilkin mədaxil olmadan) |
| Kart hesabına ilkin mədaxilin minimal məbləği |
1 / 2 / 3 il - 20 000 AZN/ 10 000 USD (EUR) |
| Kartın vaxtından əvvəl dəyişdirilməsi | 0 |
| Kredit xəttinin açılması üçün komissiya haqqı | 100 AZN |
| Kartın təcili hazırlanması haqqı | 0 |
| Kart itirildikdə cərimə haqqı | 0 |
| Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması | 0 |
| ŞEN-in dəyişdirilməsinə görə (PIN change) komisyon haqqı | 0 |
| Yalnış ŞEN cəhdlərinin sıfırlaşdırılması | 0 |
| Ödənişlərə əsassız etiraza dair xidmətə görə komisyon haqqı | 0 |
| SMS məlumatlandırma xidmətinin aylıq xidməti | 3 AZN (əlavə olaraq ay ərzində göndərilən SMS sayı 100-dən çox olduqda, hər SMS üçün 0.06 AZN xidmət haqqı tutulur) |
| Mobile Şöbə tətbiqi üzərindən Push bildiriş | Pulsuz |












