Salam dostum!

Bu gündən Sən daha xoşbəxt və zəngin olacaqsan! Bunun üçün sənə digər qalaktikadan xüsusi bir hədiyyə gətirmişəm - NeoKart!

NeoKart vasitəsilə alış-veriş etdiyin yerdən asılı olmayaraq (restoran, yanacaqdoldurma məntəqəsi, mağaza və s.) hər zaman və hər yerdə Neobonuslar qazanacaqsan. Toplanan Neobonusları isə, keşbek, danışıq dəqiqələri, mobil internet və ya səyahət millərinə dəyişdirə biləcəksən. Bu isə o deməkdir ki, nə qədər çox pul xərcləsən, sənə bir o qədər çox Neobonus verə biləcəm! Bunun üçün NeoKartınla ödənişləri POS terminal vasitəsilə və ya sevdiyin saytlarda onlayn rejimdə etməyin kifayətdir.

 

Neo ilə Hər Yerdə Qazan!

   
KeşBek Uçuş Milləri

Dəqiqələr
İnternet

Hesab
qalığına faiz

NeoKart Standard NeoKart Premium
Müddət 3 il Müddət 3 il
Qiymət 20 AZN Qiymət 80 AZN
Qalıq üzrə faiz AZN 3% / USD 0.1% Qalıq üzrə faiz AZN 5% / USD 0.2%
- Lounge Key 2 Keçid
Xoşgəldin Bonusu 2000 Xoşgəldin Bonusu 4000
NeoKart üzrə tariflər
WhatsApp-la müraciət et! Online sifariş ver!

NeoKart ilə heç bir ödəniş etməsən belə, kartındakı pulun sənə gəlir gətirəcək. Hər ay qalıq vəsaitə görə illik 5%-ə qədər qazanc əldə edə bilərsən. Fikrimcə, bu əla təklifdir.

NeoKartını elə indi sifariş et və hədiyyə olaraq 4000-ə qədər Xoşgəldin bonusu qazan! * 

 

KREDİT KARTI

Güzəşt müddəti: 45 gün

Məbləğ:

NeoKart Standard - 5 000 AZN-dək

NeoKart Premium - 15 000 AZN-dək

Kredit xəttinin müddəti: 24 ayadək
Kartın istifadə müddəti: 36 ayadək
İllik faiz dərəcəsi: 24% - 26%
Komissiya: 1%
Kredit xəttindən istifadə edilən vəsaitə görə keşbek: 2%
Debet qalıq məbləğə görə faiz gəliri: 3% - 5% (max. 10 000 AZN)
Şəxsi vəsait karta mədaxil edilərsə, Bank Respublika ATM-lərində nağdlaşdırma: 0% (max. 20 000 AZN)

 

 

Neo Qalaktika

İndi Sən, Neo Qalaktikaya qoşulan tərəfdaşlarımızdan daha çox bonus qazana biləcəksən!

Sadəcə ödəniş et və hər ödənişdən daha çox qazan!

 

 

Sualların var?  Onda  başlayaq...

NeoKartı necə əldə edə bilərəm? 

NeoKart Standart və NeoKart Premium kartlarını "Bank Respublika"nın istənilən filial və şöbəsində, Mobil Şöbə tətbiqində, eləcə də bankın internet saytında onlayn sifariş formasını dolduraraq əldə edə bilərsən. Kart müştəriyə 3 iş günü ərzində təqdim edilir.

NeoKart Standartın qiyməti 20 AZN, NeoKart Premium isə 80 AZN -dir.

Bonus balansımı harada görə bilərəm?

NeoKartı ilə ödənilən hər bir manat 20 NeoBonusu qazandırır. Bonus balansına və NeoKartdakı bütün əməliyyatlara Mobil Şöbə tətbiqindəki "NeoKart" bölümündə baxmaq olar.

Qazanılan bonuslar 3 iş günü ərzində tətbiqdə göstərilir və hesaba köçürüldükləri andan 2 il müddətində aktiv qalır.

Bonusları harada qazana bilərəm?

Obyektin bankın tərəfdaşı olub -olmamasından asılı olmayaraq istənilən yerdə POS terminal vasitəsilə edilən bütün ödənişlər zamanı (Restoran, YDM, Mağazalar, o cümlədən digər mal və xidmətlərin göstərilməsi müqabilində ödənişlər). Aşağıdakılar istisna olmaqla, bütün elektron ticarət (onlayn) əməliyyatlarında:

  • Kartlar arasında köçürmələr
  • "Cash by code" xidməti
  • Kredit ödənişi
  • İpoteka ödənişi
  • Kommunal xidmətlərin ödənilməsi
  • Mobil operatorların xidmətləri müqabilində ödənişlər
  • HÖT platformasında ödənişlər
  • TV və İnternet provayderlərinə ödənişlər
  • Mərc oyunları

NeoBonusları keşbekə necə dəyişdirmək olar?

Qazandığınız bonusları Mobil Şöbə tətbiqindəki "NeoKart" bölümündə keşbekə dəyişə bilərsiniz. Mübadilə, yığılmış bonusların 1000 -ə bölünməsi ilə hesablanır (Məsələn: 2290 NeoBonusu / 1000 = 2.29 AZN). Yığılan bonuslar hər ayın 5 -dən sonra dəyişdirilə bilər. Bonuslar tam həcmdə və ya qismən mübadilə oluna bilər. Aylıq konvertasiya üçün maksimal məbləğ 300 AZN təşkil edir. Keşbek balansı əvvəlki ay ərzində aparılan əməliyyatların nəticəsində formalaşır. Keşbek balansı cari ayda mübadilə olunmursa, bu bonusları yalnız digər opsiyalarda istifadə etmək olar.

Bonusları Millərə necə dəyişdirə bilərəm?

Bonusları Millərə çevirmək üçün NeoKartı ilə turizm sahəsindəki hər hansı bir xidmətin pulunu ödəmək, daha sonra Mobil Şöbə tətbiqində, NeoKartı / Miles bölumündə bonuslardan istifadə edərək, ödəniş məbləğini qarşılamaq tələb olunur. Həmin məbləğ karta köçürüləcək. Bonuslar 900-ə bölünərək Millərə çevrilir.

Bonusları danışıq dəqiqələri və internet paketinə necə çevirmək olar?

Toplanmış bonusların istənilən vaxt danışıq dəqiqələri və İnternet paketi ilə mübadiləsi mümkündür. Bunun üçün Mobil Şöbə tətbiqində "NeoKart" bölümunə daxil olduqdan sonra, dəqiqələr və ya gigabaytlara bonus mübadiləsi əməliyyatını yerinə yetirmək tələb olunur.

NeoKart Premium kartının hansı üstünlükləri var?

NeoKart Premium sahibləri bir sıra üstünlüklərə malikdirlər.

  • Yüksək Xoşgəldin Bonusu (4000 bonus).
  • Balans məbləği üzərinə daha sərfəli faiz (illik 5% AZN, illik 0,2% USD),
  • İldə iki dəfə Lounge Key xidmətindən pulsuz istifadə.
  • Digər bankların bankomatlarında faizsiz nağdlaşdırma imkanı (10 dəfə).

Qalıq məbləğ üzərinə faiz necə hesablanır?

Qalıq məbləğ üzərinə faizlər hər ayın əvvəlində hesablanır və NeoKartına müvafiq məbləğdə mədaxil olunur. NeoKartlarında qalıq məbləğ üzərinə faiz: NeoKart Standart illik 3% AZN, illik 0,1% ABŞ dolları. NeoKart Premium illik 5% AZN, illik 0.2% USD.

Xoşgəldin Bonusu necə əldə etmək olar?

Xoşgəldin bonusu birdəfəlik ən az 300 AZN - NeoStandart, NeoPremium kartı ilə azı 500 AZN məbləğində əməliyyat edən bütün NeoKart sahiblərinə kartın alındığı ilk ayda verilir.


Xoşgəldin bonusu  NeoStandart üçün – 2000 bonus, NeoPremium üçün 4000 bonus həcmində hesablanır.