SMS Notification xidmətindən istifadə edərək kart sahibi mobil telefonuna kartı üzrə mədaxil və məxaric əməliyyatları üzrə sms xəbərdarlıq alır. Bununla yanaşı kart sahibi kart hesabının qalığı haqqında məlumat əldə edir ki, bu da şəxsi xərclərin idarə edilməsində yardımçı olur. Xidmət həmçinin maaş kart sahibləri üçün faydalıdır. Onlar hesaba maaş hesablanan zaman ani olaraq telefona xəbərdarlıq alır.
Xidmətə qoşulmaq üçün bank və ya mobil operatora müraciət etmək lazım deyil. Xidmətə istədiyiniz zaman Mobil Şöbə tətbiqindən və Bank Respublika-nın bankomatları vasitəsilə qoşula bilərsiniz.
Mobil Şöbə tətbiqindən qoşulmaq üçün, əsas menyudan Sms xəbərdarlıq almaq istədiyiniz kartın üzərində dayanıb, - “Kart məlumatları”- “SMS Bildiriş” – düyməsini basaraq xidmətə qoşula bilərsiniz.
Bankomatlardan qoşulmaq üçün isə menyudan “xidmətin ödənilməsi” - “servis” – “digər xidmətlər” - “SMS Notification” və mobil telefon nömrəsini yığaraq, telefonunuza SMS xəbərdarlıq alacaqsınız.
Xidmətin aylıq istifadə haqqı – 3 AZN təşkil edir (əlavə olaraq ay ərzində göndərilən SMS sayı 100-dən çox olduqda, hər SMS üçün 0.06 AZN xidmət haqqı tutulur).
Mobil Şöbə tətbiqi üzərindən "Push bildiriş" xidməti pulsuzdur







