Bakı, 04 iyul 2022. Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün bir çox üstünlüklərə malik yeni "Business Plus" – biznes kartını təqdim etdi.
“Business Plus” tam fərqli kartdır və sahiblərinə bir çox üstünlüklər təqdim edir:
- “Business Plus” kartından həm ödəniş kart kimi, həm də cari hesab kimi istifadə etmək olar;
- “Business Plus” kart hesabına eyni zamanda bir neçə əlavə kart bağlana bilər və bir neçə şəxs faydalana bilər. Eyni hesaba bağlı hər kart üçün fərqli əməliyyat limitləri tətbiq oluna bilər və ayrılıqda çıxarışlar verilə bilər.
- “Business Plus” kartında, vergi qanunverciliyinə uyğun nağdlaşdırma limiti (aylıq 15 000 AZN və ya 30 000 AZN) çərçivəsində kartda olan məbləği tam olaraq nağdlaşdırmaq olar;
- Təkmilləşdirilmiş maliyyə nəzarəti
Bir çox üstünlükləri özündə birləşdirən “Business Plus” kartını, iş adamları AZN/USD/EUR valyutasında 3 il müddətinə əldə edə bilərlər.
“Business Plus”-ı seçin, hər zaman plyusda olun!







